Hamilə qadınların orqanizmi peyvəndin İLK DOZASINA  necə reaksiya verir?
23 oktyabr 2021 12:10 (UTC +04:00)

Hamilə qadınların orqanizmi peyvəndin İLK DOZASINA necə reaksiya verir?

ABŞ-ın Duke Universitetinin əməkdaşları hamilə və uşaq əmizdirən qadınların orqanizminin koronavirus infeksiyasına qarşı ilk peyvəndə necə reaksiya verdiyini öyrəniblər.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, tədqiqatlar Pfizer və Moderna peyvəndlərindən istifadə etməklə aparılıb.

Məlum olub ki, bu istehsalçıların peyvəndinin ilk dozası hamilə qadınların və uşaq əmizdirən anaların orqanizminə daxil edildikdən sonra antitel titri azalıb.

Başqa sözlə, həkimlər hamilə olmayan qadınlarla müqayisədə orqanizmin qoruyucu funksiyasının azaldığını müşahidə ediblər.
Bununla belə, immunizasiya proseduru başa çatdıqdan sonra uşaq əmizdirən, hamilə və hamilə olmayan qadınların immuniteti arasında fərq minimal olub.

Süd verən analara gəldikdə, onların orqanizmində tam peyvənd kursundan sonra anadangəlmə immunitetin yaranmasına iştirak edən NK hüceyrələrinin sayı artıb.

Hamilə qadınların son trimestrdə SARS-CoV-2-yə qarşı peyvənd edildiyi də məlumdur.

Ekspertlər istisna etmirlər ki, bu hal ilk peyvənddən sonra immun reaksiyanın azalmasına da təsir göstərə bilər.
 

# 1026
avatar

Oxşar yazılar