Hamı yanğınsöndürənlərimizin fədakarlığından DANIŞIR  - FOTOLENT
01 avqust 2021 20:18 (UTC +04:00)

Hamı yanğınsöndürənlərimizin fədakarlığından DANIŞIR - FOTOLENT

Xəbər verildiyi kimi Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu qardaş Türkiyəyə yola düşüb. 

Artıq üç gündür ki, Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirir. 

Belə ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb. 

Mürəkkəb dağlıq relyef şəraitinə və havanın yüksək temperaturunun hökm sürməsinə baxmayaraq, Azərbaycan yanğınsöndürənləri yanğınlarla mətinliklə mübarizə aparırlar. 

Azərbaycan yanğınsöndürənlərinin fədakarlığı qardaş Türkiyədə rəğbətlə qarşılanıb. 

Türkiyənin dövlət rəsmiləri başda olmaqla sadə vətəndaşlarına qədər hər kəs, həmçinin azərbaycanlılar sosial şəbəkələrdə xilasedicilərimizin göstərmiş olduğu fədakarlıqlardan danışır, onların qəhrəmanlıqlarından söz açırlar: 

Qardaş ölkənin Bakıdakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı öz “twitter” hesabında Azərbaycan xalqına təşəkkür edib:

Haldun Novruzzadə adlı “facebook” istifadəçisi Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənlərinin sözün əsl mənasında Türkiyədə qəhrəmanlıq göstərdiklərini bildirir: “Orada olanlar danışır bizim komanda dəhşət professionaldır, türklərin girə bilmədiyi ərazilərə girib yanğını söndürürlər. Yerli əhali Azərbaycandan gələn xilasedicilərə ümid yeri kimi baxır, hamısı onlardan nə isə umur, gözləyir…Bu ilin qəhrəmanları Türkiyəyə gedən 500 nəfərlik Fövqəladə Hallar Nazirliyinin igidləri olsun. Tezliklə sağ-salamat gəlin”. 

Türkiyənin Marmaris Bələdiyyəsi yanğınların söndürülməsinə dəstək üçün gedən Azərbaycan yanğınsöndürənlərinə minnətdarlığını ifadə edib: “Can Azərbaycan “tək millət, iki dövlət” şüarının sözdən ibarət olmadığını bir daha sübut etdi. Azərbaycandan gələn yanğınsöndürənlər Marmarisə yetişdi. Yaxşı ki, varsınız! Dəstəyiniz üçün minnətdarıq! 

APA TV-nin yanğın bölgəsinə ezam olunmuş əməkdaşı Xəqani Hüseynov dəhşətli yanğınla mübarizə aparan Azərbaycan yanğınsöndürənləri haqqında bunları yazır: “Yanğınsöndürənlərimiz möhtəşəm iş görür. Yanğınsöndürənlərdən biri “şlanqı” götürüb odun dalınca düşmüşdü. Alov rəsmən qaçırdı ki, bu kimdir axı üstümə gəlir. Kənd camaatı özləri mənə dedi ki, nə yaxşı gəldiniz. Türklər bizi görəndə gözləri işıldayırdı. Ancaq, qardaş qardaşı görəndə belə sevinər. Salamlaşıb, qucaqlayıb öpürdülər. Hər dəqiqə maşın, su yemək boşaldırdılar əraziyə”.

Azərbaycanın 44 günlük Vətən müharibəsinin əvvəlindən sonunadək ən qaynar nöqtələrdə iştirakı ilə hamının sevimlisinə çevirilmiş türkiyəli jurnalist Fulya Öztürk də Azərbaycana təşəkkürünü ifadə edib: 

Sadə Türkiyə vətəndaşları da Azərbaycan yanğınsöndürənlərinin gəlişini sevinclə qarşılayır:

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7821
avatar

Oxşar yazılar