Güclü  qar yağacaq,   hava  çox soyuyacaq,   yollar  buz   bağlayacaq - XƏBƏRDARLIQ
12 yanvar 2026 16:36 (UTC +04:00)

Güclü qar yağacaq, hava çox soyuyacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

3

Bakıda və Abşeron yarımadasında yanvarın 13-ü axşamdan 14-ü axşamadək hava şəraitinin arabir yağıntılı olacağı, 13-dən 14-nə keçən gecə və 14-də ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında yanvarın 13-ü günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq 15-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək.

Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı gözlənilir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
3
# 5072

Oxşar yazılar