İqlimşünaslar xəbərdarlıq edir ki, 2023-cü il 2022-ci ildən daha isti olacaq.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, proqnozlar göstərir ki, bu, ardıcıl 10-cu il olacaq ki, qlobal temperatur orta hesabla ən azı 1 dərəcə yüksək olacaq.
Əldə edilən məlumatlara görə, Sakit okeanın ekvator hissəsində yerüstü su qatının temperaturu dəyişəcək.
İqlim temperaturunun artması insanlar və təbiət üçün dağıdıcı nəticələrə, o cümlədən quraqlıq və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.