Gələn həftə havanın temperaturu aşağı enəcək -  YAĞIŞ YAĞACAQ
17 iyul 2022 16:16 (UTC +04:00)

Gələn həftə havanın temperaturu aşağı enəcək - YAĞIŞ YAĞACAQ

Milli Hidrometeorologiya Xidməti faktiki və gözlənilən hava şəraitini açıqlayıb.

Xidmətdən Lent.az-a verilən xəbərə görə, iyulun 17-si saat 15:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.

Şimal-qərb küləyi iyulun 17-si səhər Bakıda və Abşeron yarımadasında arabir 21 m/s olub.

İyulun 16-da Bakıda iqlim normasından 3.6° yuxarı olub, Bakıda və Abşeron yarımadasında 38°-dək isti, Naxçıvan MR-da 37-40°, Şərurda 41°-dək isti, dağlıq rayonlarda 27-30° isti, aran rayonlarında 35-40°, Hacıqabulda 42° isti olub.

Gələn həftənin birinci yarısında ölkə ərazisində yağmursuz, isti hava şəraitinin davam edəcəyi, mülayim şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın maksimal temperaturu həftənin birinci yarısında aran rayonlarında 38-40°, bəzi yerlərdə 42-44°, dağlarda 30-33°, Bakıda və Abşeron yarımadasında isə 33-38° isti olacaq.

Həftənin ikinci yarısında iyulun 22-23-də əsasən şimal və qərb rayonlarında yağış yağacağı ehtimalı var. Havanın temperaturu bir qədər enərək, aran rayonlarında 34-39°, dağlarda 22-26°, Bakıda və Abşeron yarımadasında isə 30-33° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9993
avatar

Oxşar yazılar