Gələn ay 1 həftə  iş olmayacaq
25 may 2023 12:18 (UTC +04:00)

Gələn ay 1 həftə iş olmayacaq

Nazirlər Kabineti iş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında qərar verib.

Lent.az-ın xəbərinə görə, qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü ilin 27 və 30 iyun iş günləri ilə müvafiq olaraq 24 və 25 iyun istirahət günlərinin yerləri dəyişdirilib.

Qeyd edək, 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri günüdür. Nazirlər Kabinetinin qərarına əsasən, bu il iyunun 28, 29-u isə Qurban bayramı günləri müəyyən edilib.

Beləliklə, 1 və 2 iyul tarixlərinin də şənbə və bazar günlərinə təsadüf etdiyini nəzərə alsaq, Silahlı Qüvvələri Günü və Qurban bayramı ilə əlaqədar bir həftə - 26, 27, 28, 29, 30 iyun və 1 və 2 iyul tarixlərində iş olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6438
avatar

Oxşar yazılar