"Formula 1"ə görə bu küçələr də  bağlanır
11 aprel 2023 14:16 (UTC +04:00)

"Formula 1"ə görə bu küçələr də bağlanır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işlərini davam etdirir.

Lent.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.

Məlumata görə, hazırlıqlar çərçivəsində aparılan quraşdırma işləri səbəbindən bu gün gecə saat 23:00-dan etibarən Səməd Vurğun küçəsinin Neftçilər prospekti kəsişməsindən Zərifə Əliyevə küçəsi kəsişməsinə qədər olan hissəsi nəqliyyatın hərəkətinə bağlanacaq.

Bakı Şəhər Halqası vətəndaşlara tikinti-quraşdırma işləri zamanı göstərdikləri anlayışa görə öncədən təşəkkür edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2565
avatar

Oxşar yazılar