Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti dördüncü qrupu Türkiyə Respublikasına yola düşüb.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, yanğın xilasetmə qrupu Bakı vaxtı ilə 19:30-da yola çıxıb.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin alay komandiri Məmməd Xəlilli jurnalistlərə açıqlamasında bildirib ki, 200 nəfərdən ibarət xilaetmə qrupu qardaş ölkədə baş verən yanğınlarla mübarizə üçün böyük ruh yüksəkliliyi ilə yola düşdüklərini deyib.
Qeyd edək ki, yanğınla mübarizə məqsədi ilə bundan əvvəl üç xilasetmə qrupu qardaş ölkədə davam edən yanğınların qarşısının alınmasına fəaliyyətlərini davam etdirirlər.