FHN-in yanğın-taktiki təlimi
18 mart 2021 16:10 (UTC +04:00)

FHN-in yanğın-taktiki təlimi

FHN Dövlət Yanğından Mühafizə Xidməti yanğın-taktiki təlim keçirdi - FOTO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti (DYMX) SOCAR-a məxsus olan Suraxanı Neft Nəqletmə Sahəsinin 5 nömrəli Çənlər parkında yanğın-taktiki təlim keçirib. Təlim 3 nömrəli çağırışla “Çənlərdə neft və neft məhsullarının söndürülməsi” mövzusunda təşkil olunub. 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, təlimə DYMX-nin SOCAR-ın obyektləri üzrə Yanğından Mühafizə İdarəsinin və Neft Emalı Müəssisələri üzrə Yanğından Mühafizə Dəstəsinin yanğından mühafizə qurumları, Bakının Suraxanı, Sabunçu, Nərimanov, Xətai Rayon Dövlət Yanğından Mühafizə hissələrinin müvafiq qüvvə və vasitələri cəlb olunub. Texniki heyətin və obyekt rəhbərliyinin fəaliyyətinin operativ əlaqələndirilməsinin təşkili, yanğın yerində kəşfiyyatın aparılması və yanğın vəziyyətinin qiymətləndirilməsi, şəxsi heyətin texniki təhlükəsizlik qaydalarına riayət etməsi təlimin əsas məqsədlərindən olub.

Yanğın-taktiki təlim zamanı obyektdə imitasiya olunmuş yanğının söndürülməsi ilə bağlı bütün zəruri tədbirlər görülüb, qarşıya qoyulan məqsədlərə nail olunub.

Sonda şəxsi heyətin yaranmış şəraiti düzgün dəyərləndirmək, həlledici istiqamətləri təyin etmək bacarığı qiymətləndirilib, peşə hazırlığının təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3552
avatar

Oxşar yazılar