FHN-dən qazi və şəhid ailələrinə PSİXOLOJİ YARDIM
19 avqust 2022 17:20 (UTC +04:00)

FHN-dən qazi və şəhid ailələrinə PSİXOLOJİ YARDIM

Məlum olduğu kimi, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə 2021-ci ildə Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyə Respublikasından gəlmiş peşəkar psixoterapevtlər və FHN-in psixoloqlarının birgə iştirakı ilə ödənişsiz olaraq psixoloji yardım işi həyata keçirilib.

FHN-dən Lent.az verilən məlumata görə, bunun davamı olaraq, 5 sentyabr 2022-ci il tarixindən etibarən nazirliyin dəvəti ilə qardaş Türkiyə Respublikasından yenidən 20 nəfərdən artıq peşəkar psixoloq ölkəmizdə olacaq. Türkiyəli mütəxəssislər FHN-in psixoloqları ilə birlikdə Bakı, Gəncə, Bərdə, Qəbələ və Lənkəran şəhərlərində psixoloji yardıma ehtiyacı olan insanların effektiv reabilitasiyasını həyata keçirəcəklər.

Vətən müharibəsi ilə əlaqədar psixoloji problemlər yaşayan vətəndaşlarımız ödənişsiz həyata keçirilən psixoterapevtik yardım üçün Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata yazıla bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2787
avatar

Oxşar yazılar