Fəsillərin Azərbaycana daxil olma vaxtı - 2022-ci ildə
15 dekabr 2021 15:25 (UTC +04:00)

Fəsillərin Azərbaycana daxil olma vaxtı - 2022-ci ildə

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2022-ci ildə fəsillərin Azərbaycana  daxil olma vaxtını açıqlayıb.

Akademiyadan Lent.az-a verilən məlumata görə, yaz fəsli - yaz gecə-gündüz bərabərliyi - 20 mart  saat 19:33-də girəcək. Bu zaman Gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edir və ekvatoru kəsərək  cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir, həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayır.

Yay fəsli - yay günəş duruşu - 21 İyun saat 07:32-də girəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə  olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san  olacaq.

Payız fəsli - payız gecə-gündüz bərabərliyi - 23 sentyabr  saat  05:03-də girəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan Şimal yarım kürəsində payız fəsli başlayır.

Qış fəsli - qış günəş duruşu - 22 dekabr saat 01:48-də girəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san  olacaq.

4 iyul saat 11:10-da Yer Günəşə ən uzaq - 152 098 455 km məsafədən (afeli), 4 yanvar saat 10:52-də isə Günəşə ən yaxın - 147 105 052 km məsafədən (periheli) keçəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 26752

Oxşar yazılar

Bu gün 3 rayonun  işığı kəsiləcək

Bu gün 3 rayonun işığı kəsiləcək

22 aprel 2025 , 09:19
Bakının iki rayonu qazsız qalacaq

Bakının iki rayonu qazsız qalacaq

22 aprel 2025 , 09:11
Üç BÜRC tezliklə  pis xəbər   alacaq 

Üç BÜRC tezliklə pis xəbər alacaq 

22 aprel 2025 , 09:09
Bakıda bu yollarda tıxac var - SİYAHI

Bakıda bu yollarda tıxac var - SİYAHI

22 aprel 2025 , 08:19
Karyera, pul  və… 4 BÜRC üçün böyük imkanlar dövrü  başlayır

Karyera, pul və… 4 BÜRC üçün böyük imkanlar dövrü başlayır

22 aprel 2025 , 00:02
SOS : Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

SOS: Zabratda sürət qatarının yolunu su basdı -VİDEO

21 aprel 2025 , 20:23
Bu həftə əsl xoşbəxtlik tapacaq  BÜRCLƏR

Bu həftə əsl xoşbəxtlik tapacaq BÜRCLƏR

21 aprel 2025 , 18:40
Azərbaycanda 2469 nəfərə pul veriləcək

Azərbaycanda 2469 nəfərə pul veriləcək

21 aprel 2025 , 18:38