Evdəki pendir suyunu saxlayaq, ya ataq? – CAVAB
16 may 2022 15:06 (UTC +04:00)

Evdəki pendir suyunu saxlayaq, ya ataq? – CAVAB

Lent.az-ın “Bir sual bir cavab” rubrikasında bu günün mövzusu lazımsız bilib atdığımız, əslində bir çox bilmədiyimiz məlumatlar olan pendir suyu haqqındadır.

Pendir suyunun tərkibi laktoza, zülallar, A, C, E, B vitaminlər qrupu, faydalı turşular, maqnezium və kalsiumla zəngindir. Pendir suyuna deyilən həmin bu süd zərdabının faydaları birinci növbədə immun sisteminin möhkəmləndirilməsində istifadə olunur. Hətta mütəxəssislər hər gün səhər yeməyinə qədər bir stəkan pendir südü içməyi məsləhət görürlər. 

İkinci növbədə bu möcüzəvi vasitə orqanizmdə xoşbəxtlik hormonları adlanan serotoninin ifraz olunmasına yardım edir. 
Pendir suyu bəədni zərərli toksinlərdən təmizləyir. 

Qadınlar ondan dəri üçün unikal maska da hazırlaya bilər. 
Xama və ya kəsmiyi pendir suyu ilə qarışdırıb üzünüzə çəkin. 20 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun. Nəticə dərhal hiss olunacaq. Bu maska dərini qidalandırır, xroniki yorğunluq və stress ilə mübarizəni asanlaşdıracaq.


 

# 3042
avatar

Nigar Namiq

Oxşar yazılar