Ermənistanın atəşkəslə bağlı yaydığı məlumat tamamilə yalandır - MN
15 oktyabr 2021 20:54 (UTC +04:00)

Ermənistanın atəşkəslə bağlı yaydığı məlumat tamamilə yalandır - MN

Azərbaycan Ordusunun bölmələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə Ermənistan tərəfinin yaydığı əsassız məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.

Müdafiə Nazirliyindən Lent.az-a verilən məlumata görə, qarşı tərəf bu kimi yalan məlumatlar yayaraq növbəti təxribatlarına zəmin yaratmağa çalışır: “Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaq”.
 

# 2382
avatar

Oxşar yazılar