Media rəhbərləri və sosial media aktivistləri hazırda Ağdamın Qərvənd kəndində
13 mart 2021 13:50 (UTC +04:00)

Media rəhbərləri və sosial media aktivistləri hazırda Ağdamın Qərvənd kəndində

Ermənilərin Ağdamda basdırdığı mina jurnalistlərin yaxınlığında PARTLADI - ANBAAN GÖRÜNTÜLƏR - YENİLƏNİB

Ağdama səfər edən Media rəhbərləri və sosial media aktivistləri hazırda Ağdamın Qərvənd kəndi ərazisindədirlər.

APA-nın məlumatına görə, onlar Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin əməkdaşlarının minatəmizləmə əməliyyatları ilə tanış olublar. 

Qeyd edək ki, bir qrup media rəhbərləri və sosial media aktivistləri işğaldan azad olunmuş Ağdam rayonuna səfər ediblər. Prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi heyət geniş tərkiblidir. Heyətdə ölkədəki bütün televiziya, agentlik, əksər sayt və qəzet rəhbərləri, həmçinin çoxlu sayda blogger və sosial media aktivisti təmsil olunur.

***

10:01

Media rəhbərləri və sosial media aktivistlərinin işğaldan azad olunmuş Ağdam rayonuna səfəri başlayıb.

APA-nın məlumatına görə, prezidentin köməkçisi Hikmət Hacıyevin rəhbərlik etdiyi heyət geniş tərkiblidir. Heyətdə ölkədəki bütün televiziya, agentlik, əksər sayt və qəzet rəhbərləri, həmçinin çoxlu sayda blogger və sosial media aktivisti təmsil olunur.

Jurnalistlər Ağdam rayonu ərazisindəki dağıdılmış tarixi ərazilərə baş çəkəcək, eyni zamanda mina təmizləmə əməliyyatını müşahidə edəcəklər.

# 8712
avatar

Oxşar yazılar