Emin Əmrullayev: “Övladını məktəbə buraxmaq istəməyənlər...”
30 yanvar 2021 16:18 (UTC +04:00)

Emin Əmrullayev: “Övladını məktəbə buraxmaq istəməyənlər...”

“Övladını məktəbə buraxmaq istəməyən, əyani təhsil iştirakı mümkün hesab etməyən valideynlər məktəbə müraciət edə bilərlər”.

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, bu halda iltizam yazılır ki, bu, valideynin seçimidir: “Ali təhsilin əyani formaya qayıtması istək deyil, mümkünlük məsələsidir. Pandemiyanın dinamikasını izləyirik. Çalışırıq ki, dərsləri bərpa edək. Bu dövrdə əsas problemimiz şagirdlərin sosial emosional inkişafıdır. Şagirdlər heç olmasa ,bir az ünsiyyətdə olsunlar. İnanırıq ki,  tədricən ənənəvi təhsil qayıda bilərik”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6555
avatar

Oxşar yazılar