Əlillik dərəcəsi necə təyin edilir? - ƏSAS AMİLLƏR AÇIQLANDI
05 may 2022 19:09 (UTC +04:00)

Əlillik dərəcəsi necə təyin edilir? - ƏSAS AMİLLƏR AÇIQLANDI

Vətən müharibəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan qazilərimiz əllilk dərəcəsi almaq üçün müraciət edərkən, yaxud müvafiq arayışı (“Forma 88”) əldə edərkən bəzən neqativ hallarla rastlaşırlar.

Lent.az xəbər verir ki, Tibbi-Sosial ekspertiza xidmətinin təşkili departamentinin müdir müavini İlkin Yusifov APA TV-yə açıqlamasında bu və ya digər məsələlərə aydınlıq gətirib. 

Qazilərə qarşı xidmətin daima diqqət mərkəzində olduğunu diqqətə çatdıran İ.Yusifov əlillik dərəcəsinin verilməsi üçün əsas amilləri belə izah edib:

“Vətən müharibəsi iştirakçılarına əlillik təyinatına əsas verən amillər var. Funksional ağırlaşmalar olmasa, yaralanmanın, bədənin müxtəlif bölgələrində bir neçə və çoxsaylı qəlpənin olması, travma alması əlillik dərəcəsinin təyininə əsa verən hal hesab edilmir. Başa düşürük, Vətən uğrunda sağlamlıqlarını itiriblər. Amma bu qəlpələr həmin ətrafda funksional pozğunluqlar yaratmırsa, həmin şəxsə əlillik təyinatı verilmir”. 

Onun sözlərinə görə, əlillik dərəcəsinin təyini üçün əsas meyar Nazirlər Kabinetinin 2015-ci ildə dekabrın 30-u tarixli təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsinə dair” əsasnamədir. 

“Azərbaycan Prezidenti tərəfindən təsdiq olunmuş sərəncama əsasən, 2022-ci il iyul ayının 1-dən yeni əsasnamənin tətbiqinə başlanılacaq. 

Bunun digər sərəncamdan fərqi ondan ibarətdir ki, diaqnozla yanaşı, əlilliyi təyin edilən şəxsin həyat fəaliyyətini 7 əsas müxtəlif kriteriyalarının pozulma dərəcələri də qiymətləndiriləcək. 

Hazırda qüvvədə olan sərəncamda isə dizdən aşağı bütün amputasiyalar 3-cü dərəcəli əlilliyin təyininə əsas verir. Yəni dizin yuxarı və aşağı 3-də 1-də olan amputasiyalara fərq qoyulmur. Ancaq yeni sistemdə faiz dərəcələrində müxtəlif fərq qoyulacaq”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7401
avatar

Fidan İlqar

Oxşar yazılar