“Ehtiyatsızlıqdan törədilən cinayətlərlə bağlı həbs qəti-imkan tədbirlərinin seçilməsini doğru saymıram”.
Lent.azın APA-ya istinadla məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
Deputat Əminə Ağazadə isə deyib ki, ehtiyatsızlıqdan törədilən cinayət işləri ilə bağlı hüquq-mühafizə orqanları həbsə alternativ cəzalar tətbiq edir: “Ehtiyatsızlıqdan törədilən cinayət işləri üzrə, əsasən də yol nəqliyyat hadisələrində həbs qətimkan tədbiri, ümumiyyətlə, tətbiq olunmur”.