Tikilən Əhmədbəyli-Füzuli-Şuşa yolu ödənişli alternativ yol kimi nəzərdə tutulur.
Lent.az “APA-Economics”-ə istinadla xəbər verir ki, bunu AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov Zəngilanın Ağalı kəndində keçirilən "Heydər Əliyev və gələcəyə aparan yollar" adlı tədbir zamanı bildirib.
Onun sözlərinə görə, Şuşaya aparacaq bu alternativ yol "Zəfər yolu"ndan 20 kilometr qısadır.
Saleh Məmmədov onu da qeyd edib ki, Şuşa şəhərinin mədəniyyət mərkəzi olduğunu nəzərə alaraq buraya turist axını gözlənilir və ona görə də qeyd olunan yolun ödənişli olması nəzərdə tutulub.