Əfqan tələbələr Azərbaycana necə gələcək? – RƏSMİ CAVAB
17 sentyabr 2021 12:46 (UTC +04:00)

Əfqan tələbələr Azərbaycana necə gələcək? – RƏSMİ CAVAB

“Əfqanıstanda sərhədlər bağlıdır, səfirliklərin çoxunun da fəaliyyəti  məhdudlaşdırılıb”.

Lent.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov deyib. O bildirib ki, hazırda ölkənin müvafiq təmsilçiliyi ilə Azərbaycana qəbul olan əfqan tələbələrin ölkəyə necə gələcəyi məsələsi müzakirə edilir:

“Əfqanıstan Azərbaycanla sərhədi açıq olan 42 ölkə sırasında deyil. Bununla bağlı bizə dəqiq məlumat verilməyib. Ona görə də biz gözləmə mövqeyindəyik".

Şöbə müdiri əlavə edib ki, Azərbaycandan Əfqanıstana təhsil almaq üçün gedən tələbə yoxdur.

# 1818
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar