Dünyanın ən bədbəxt ölkələrindən biri də reytinqdə səkkizinci yeri tutan Ukrayna olub.
Lent.az bildirir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti məlumat yayıb.
Reytinqdə Ukraynadan sonra Yəmən (7-ci yer) və Kuba (9-cu yer) qərarlaşıb. Rusiya nəzərdən keçirilən 157 ölkə arasında 79-cu yeri tutub. Ən bədbəxt ölkələr Zimbabve, Venesuela və Suriya olub.
Yoxsulluq İndeksini Con Hopkins Universitetinin Tətbiqi İqtisadiyyat professoru Stiv Hanke tərtib edib. Onun modeli ölkələrin iqtisadi göstəricilərini nəzərə alır: işsizlik səviyyəsi, inflyasiya, kredit dərəcələri və ümumi daxili məhsul (ÜDM).