Dünyada 3 milyard, Azərbaycanda 12 milyon:  Ən bahalı evlər neçəyədi?
17 iyul 2021 18:30 (UTC +04:00)

Dünyada 3 milyard, Azərbaycanda 12 milyon: Ən bahalı evlər neçəyədi?

Dəbdəbəli və bahalı evlər həmişə gündəmdə olub.

Lent.az xarici KİV-ə istinadən dünyanın ən bahalı 10 evini sizə təqdim edir.

10. Kensington malikanəsi

Dünyanın ən bahalı evləri siyahısında 10-cu yeri Kensington malikanəsi tutur. Bu ev Londonun ən prestijli bölgələrindən biri olan Kensington bağlarında yerləşir. Evin qiyməti 128 milyon dollardır.

9. Palazza di Amore

Bu ev ABŞ-ın Kaliforniya ştatındakı Beverli Hillz şəhərində yerləşir. Ev təxminən 53 min kvadrat metrdir. Villanın 12 yataq otağı, 23 hamam otağı, çoxlu hovuz, şəlalələr və 27 avtomobil qarajı var. Evin qiyməti 195 milyon dollardır. Sahibi milyarder Ceff Qrindir.

8. Ellison Estate

Bu villanın qiyməti 200 milyondur. 2004-cü ildə “Oracle” şirkətinin təsisçisi Lari Elison tikdirib. Mülk ərazisində çoxlu meyvə, polad və qırmızı ağac kimi bahalı ağaclar var.

7. Four Fairfield Pond

Nyu-Yrok şəhərdə yerləşən bu villanın qiyməti 248 milyondur, amerikalı biznesmen Ayre Rennertə məxsusdur.

6. Odeon Penthauz

Təxmini dəyəri 330 milyon dollar olan bu ev dünyanın ən bahalı evləri arasında 6-cı yeri tutur. Bu villa ən çox öz hovuzu ilə məşhurdur.

5. Les Palais Bulles

Beşinci sırada 390 milyon dollar dəyərində olan Les Palais Bulles, dünyada “Balon Sarayı” kimi tanınır. 1975-1989-cu illərdə macar memar tərəfindən tikilib.

4. Villa Les Cedres

Bu villa Fransada yerləşir. Qiyməti 450 milyondur. İlk dəfə 1830-cu ildə tikilib və 1904-cü ildə Belçika kralı II Leopold tərəfindən satın alınıb.

3. Villa Leopolda

1931-ci ildə Fransada tikilib və 750 milyon dəyərindədir. Bu əsrarəngiz ev, vəfat etmiş braziliyalı bankir Edmond Safrana və arvadı Liliyə məxsusdur.

2. Antilia

Hindistanda yerləşən bu villanın qiyməti 1 milyard dollardır. 8 ballıq zəlzələyə davamlı bu evdə hindistanlı iş adamı Mukeş Ambani ailəsi ilə birlikdə yaşayır. Evin işlərini görmək üçün 600 nəfər insan çalışır. Burada 3 helikopter meydançası, yoqa studiyası, 50 nəfərlik kinoteatr zalı, ayrıca dondurma salonu və 9 lift var.

1. Bukinhem sarayı

Bu saray 3 milyard dollarla dünyanın ən bahalı malikanəsidir. Saray Britaniya Kral ailəsinə məxsusdur. Ev 775 otaq, 78 hamam, 92 ofis və 19 qonaq otağından ibarətdir. 1873-cü ildən bəri monarxiyanın rəsmi iqamətgahıdır.

Bunu da qeyd edək ki, tarixində bu il II Yelizaveta sarayın qapılarını ilk dəfə xalqa açdı.

Azərbaycanda da dəbdəbəli və bahalı evlər çoxdur.

Lent.az yerli internet resurslarına istinadən Azərbaycanın 5 ən bahalı evini sizə təqdim edir.

5. Bu villa H.Cavid prospekti “Şüşəli bazar”ın arxasında yerləşir. Ev 5 mərtəbəsi var. 8 sot torpaq və 2 həyətin birləşməsindən ibarətdir. Sahəsi 1200 kv metr və 12 otağı var. Qitməti 3 milyon 800 min manatdır.

4. Bu villa Bakıdan kənarda Şüvəlan qəsəbəsində yerləşir. Dəniz mənzərəli bu ev 4 mərtəbədən ibarətdir. Villa 10 otaqlıdır. İtaliya istehsalı olan fosforlu, yerdən isitməli mərmərlə təchiz olunub. Sahəsi 1745 kv. metr, qiyməti 4 milyon manatdır.

3. Bakının Teymur Əliyev küçəsində yerləşən bu villada istifadə olunan materiallar Avropadan gətirilib. Sahəsi 900 kv. metr, otaqlarının sayı 10, qiyməti isə 4 milyon 200 min manatdır.

2. Bakıda yerləşən dəniz mənzərəli bu yaşayış sahəsi 2800 kv. metr. Otaqların sayı 10-dir. 3 qonaq otağı, 3 biznes otağı mövcuddur. Qİyməti 5 milyon 450 min manatdır.

1. Azərbaycanın ən bahalı evi Bakıda "Avropa" hotelinin ətrafında, Mərakeş səfirliyinin yanında yerləşir. Bu villanın 35 sot torpaq ərazisi var. 1500 kv. metr tikintisi olan villa 1 qonaq otağı, 3 yataq otağı və 1 iş otağından ibarətdir. Evin yaşayış sahəsi 1500 kv. metrdir. Evin mebelləri İspaniyadan, Fransadan, İtaliyadan gətirilib. Qiyməti nə az, nə çox 12 milyon manatdır.

 

Sevinc Fərid

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7464
avatar

Oxşar yazılar