Doğuş zamanı ana ölümünün əsas səbəbi nədir? - GİNEKOLOQ DANIŞDI
20 iyun 2023 14:40 (UTC +04:00)

Doğuş zamanı ana ölümünün əsas səbəbi nədir? - GİNEKOLOQ DANIŞDI

12

Azərbaycanda ana və ya uşaq ölümü ilə bağlı xəbərləri tez-tez eşidirik. Konkret olaraq burada günahkarın kim olduğunu demək çətindir. 

Maraqlıdır, görəsən, doğuş zamanı uşağın və xüsusilə ananın ölümə nələr səbəb olur? Hamilə qadınlar ən çox nəyə diqqət etməlidir?

Məsələ ilə bağlı ginekoloq Günel Ziyadova Lent.az-a açıqlamasında bildirib ki, doğuş zamanı ana ölümləri bütün dünyada rast gəlinən bir problemdir.

Onun sözlərinə görə, bu gün dünyada keçirilən bütün ginekoloji konfranslarda müzakirə olunan əsas məsələ budur:

“Doğuş zamanı ana ölümünün əsas səbəbi qanaxmadır. Qanaxmalar yırtıqlarla və ya uşaqlığın atoniyası ilə bağlı olur. Atoniya doğuşdan sonra anada uşaqlıq əzələlərin rahatlıqla yığıla bilməməsidir. Uşaqlıq əzələləri yığıla bilmədikdə qanaxma yaranır. Əgər bu qanaxmanın qarşısı alına bilməsə uşaqlıq amputasiya olunur. Əlbəttə ki, vaxtında təxirəsalınmaz müdaxilələr olmasa təbii ki, ana ölümünə və ya uşaq doğulmayıbsa, uşaq ölümlərinə də səbəb ola bilər. Qadınların doğuş sonrası qanaxma üçün edəcəyi heç bir şey yoxdur. Bunun qarşısını ancaq doğru həkim seçməklə ala bilərlər”.

Qeyd edək ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2020-ci illə müqayisədə hamiləlik və doğuş dövründə ana ölümünün səviyyəsi 2021-ci ildə 15,8-dən 17,8-ə qədər artıb. 2022-2023-cü illərin statistikası isə hələ hazırlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
12
# 5886

Oxşar yazılar