Məleykə Abbaszadə
16 aprel 2022 12:51 (UTC +04:00)

Məleykə Abbaszadə

DİM sədri: "Guya imtahanlar çətindir, uşaqlar bal yığa bilmir"

Ötən ilki imtahan nəticələrinə əsasən, 200 bal toplayan şagirdlərin sayı demək olar bu illə eynidir.

Lent.az APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 11 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələrini şərh edərkən deyib. 

“150-250 bal arası nəticə toplayan şagirdlərin sayı da keçən ilki şagirdlərin sayı ilə eynidir. Bu il buraxılış imtahanlarında 50-150 bal toplayanların sayı ötən illə müqayisədə daha çoxdur. Gəlin 50-dən aşağı bal toplayan şagirdlərin sayına baxaq. Qapalı testlərdə səhv düzü aparmır deyə, uşaqlar bu testləri təsadüf yazırlar. 50 baldan aşağı olan nəticələr isə orta ixtisas məktəblərinə sənəd verməyə imkan vermir. Birinci mərhələdə 50 baldan aşağı bal toplayanlar II mərhələdə iştirak edə bilər. Amma ikinci mərhələdə səhv cavablar düz cavabı aparır. İlbəil buraxılış imtahanlarının nəticələrini müqayisə edəndə müəyyən ekspertlər cəmiyyətdə elə görüntü yaratmağa çalışırlar ki, guya imtahanlar çətindir, uşaqlar bal toplaya bilmir”. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2838
avatar

Oxşar yazılar