Dərman içən 9 nəfər  ZƏHƏRLƏNDİ
02 sentyabr 2021 15:45 (UTC +04:00)

Dərman içən 9 nəfər ZƏHƏRLƏNDİ

“Avqust ayında 6 nəfər sirkə turşusundan zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib”.

Bu sözləri Lent.az-a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib. O bildirib ki, 6 nəfərdən 4-ü qadın, 2-si kişi olub:

"Onlardan ikisinin vəziyyəti ağır olsa da, ölüm halı qeydə alınmayıb. Hazırda zəhərlənənlərdən birinin müalicəsi davam edir".

Baş toksikoloq qeyd edib ki, 9 nəfər allergik reaksiya ilə müraciət edib:

“Həmin şəxslər həkim təyinatı ilə olan dərmanları içiblər, amma bədən həssaslığı nəticəsində belə reaksiya olub. Onlar arasında da ölüm halı qeydə alınmayıb”.

# 2604
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar