Azərbaycanda ərzaq qıtlığı yoxdur.
Lent.az APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədrinin müavini Əli Məsimli bildirib.
“Azərbaycanda qiymət artımı, qiymət artımının manipulyasiyası, dərman preparatlarının gizlədilməsi, bir müddət sonra yüksək qiymətlə bazara çıxarılması, satılması və Azərbaycanın keyfiyyətsiz mallarının satış poliqonuna çevrilməsi halları var”, - deputat bildirib.