"Dəniz kənarındakı bu binalar sökülsün!"   - Deputatdan TƏKLİF
15 aprel 2022 11:59 (UTC +04:00)

"Dəniz kənarındakı bu binalar sökülsün!" - Deputatdan TƏKLİF

Deputat Razi Nurullayev dəniz kənarına 130 metr məsafədən yaxın olan tikililərin sökülməsi təklifi ilə çıxış edib.

Lent.az APA-ya istinadal xəbər verir ki, R. Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında bildirib ki, vətəndaşlar dəniz sahilində gəzmək və çimərliklərdən istifadə etmək istəyirlər: “Amma hər kəsin bildiyi kimi, Xəzər dənizinin sahili işğal altında qalmaqda davam edir. Son illər IDEA-nın rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində ictimai çimərliklərin yaradılmasına başlanılıb, bunu alqışlayıram. Lakin bu, kifayət etmir. Dəniz Allah tərəfindən xalqımıza lütf edilən bir ilahi sərvətdir, Konstitusiyamız Xəzərdən maneəsiz istifadə hüququ verir.

Hərə dənizin sahilində beş-on hektarı çəpərləyib, bu qanunsuzluğu hər bir vətəndaş görür, yaşayır və narazı qalır. Sonra da onlara hüququn, qanunun aliliyindən danışırıq, hər kəsin qanun qarşısında bərabərhüquqlu olduğunu deyirik. Xalq da görür ki, bu fikir doğru deyil.

Rəhmətlik Prezident Heydər Əliyevin fərmanı ilə dənizdən 130 metr kənarda tikinti işi aparmağa icazə verilirdi. İndi bu məsafə 30 metrə düşüb. Bu məsələni əsaslandırıb Prezidentə imzaya təqdim edənlər bu xalq və dövlət qarşısında məsuliyyət daşıyır, çünki öz torpaqlarını və mülklərini nəzərdə tutub bu addıma gedib. Təklifim budur ki, dəniz kənarından 130 metr məsafədə tikintiyə qadağa qanunla təsbit edilsin, dənizi hasarlayanların hasarı və mülkləri sökülsün”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2709
avatar

Oxşar yazılar