"Delta" ştammı ilə bağlı XƏBƏRDARLIQ
02 iyul 2021 12:31 (UTC +04:00)

"Delta" ştammı ilə bağlı XƏBƏRDARLIQ

“Pandemiya hələ bitməyib, amma hava düzəlib, buna görə daha optimistik, amma hamıdan xahiş edirəm, özümüzü qorumağı unutmayaq”.

Lent.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O qeyd edib ki, sentyabr və oktyabrda "Delta" ştammı ilə bağlı qorunma tədbirlərinə davam edilməlidir: “Peyvəndlərdən mütləq şəkildə istifadə etməliyik. Peyvəndlər təsirli və təhlükəsizdir”. 

Hande Harmancı bildirib ki, sentyabr, oktyabr aylarında koronavirusa yoluxma saylarında yenidən artım olacağı gözlənilir: “Başqa ştammlar da ola bilər. ÜST olaraq daim bunları monitorinq edirik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4848
avatar

Oxşar yazılar