Dayanma-durmanı artıq kameralar çəkir, cərimələr artır? - RƏSMİ
02 fevral 2023 14:17 (UTC +04:00)

Dayanma-durmanı artıq kameralar çəkir, cərimələr artır? - RƏSMİ

Xəbər verildiyi kimi, fevralın 1-də “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”na edilən dəyişikliyə əsasən dayanma və durma qaydalarını pozmaya görə, Bakı Nəqliyyat Agentliyinin İXM-in 346-cı maddəsilə cərimə yazmaq səlahiyyəti ləğv edilib.

Ancaq parklanma qaydalarını pozmaya görə İXM-in 346-1-ci maddəsilə BNA-nın cərimə yazmaq səlahiyyəti yerində qalıb. Dəyişiklikdən sonra sürücülərin çaşqınlığına səbəb olan bəzi məqamlar var.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Lent.az-a bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 346.1 və 346.2-ci maddələri üzrə tədbir görmək ixtiyarı yalnız DİN-ə həvalə olunub:

“Əlavə olaraq maraqlı məqam odur ki, yeni fərmana görə, avtomatik rejimdə təhlükəsiz şəhər kameralarından, eləcə də “İPatrul” sistemindən də istifadə etməklə dayanma- durma tələblərini pozan (İXM 346.1 və 346.2 -ci maddələri) şəxslər barəsində tədbir görüləcək. Bu o demək deyil ki, digər formada polis əməkdaşları qaydaları pozan sürücülər barəsində tədbir görə bilməz. Yenə də DYP əməkdaşları qayda pozuntularını əvvəlki kimi təyin edə bilərlər. Sadəcə avtomatik rejimdə əlavə yenilik kimi tətbiq ediləcək”.

Araz Əsgərli yeni dəyişiklikdən sonra cərimə məbləğlərinin artıb-artmamasına da aydınlıq gətirib:

“Cərimələrin məbləğində heç bir dəyişiklik olmayıb. İXM-nin 346.1-ci maddəsi üzrə cərimə 20 AZN, 346.2 maddəsi üzrə cərimə məbləği 40 AZN idi, elə də qalıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3962

Oxşar yazılar

Bakıda bu yollarda sıxlıq var -  SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

13 may 2025 , 00:02
Dörd BÜRC üçün  pul çay kimi  axacaq 

Dörd BÜRC üçün pul çay kimi axacaq 

12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq  təhlükəlidir - XƏBƏRDARLIQ

Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ

12 may 2025 , 18:25
Leysan, dolu və sulu qar  XƏBƏRDARLIĞI

Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI

12 may 2025 , 16:54
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat

Dahilərdən qadınlar haqqında 9 sitat

12 may 2025 , 15:49
Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR

Bu abituriyentlərin üzürlü səbəbi olsa da BAĞIŞLANMIR

12 may 2025 , 15:35