Daha iki avtobus kartla ödənişə keçdi
28 iyun 2021 13:27 (UTC +04:00)

Daha iki avtobus kartla ödənişə keçdi

İyunun 29-dan Bakıxanov d/st. -  Suraxanı qəsəbəsi üzrə hərəkət edən 208 və 209 nömrəli marşrut xətti avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək. 

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumatda bildirilir ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə aşağıda qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

Suraxanı rayonu üzrə:

Tofiq Bayram küç. (Əmircan qəs.)
Malik Mustafayev küç.,
Balandin küç., 
İlham Şükürov küç., 
Əhməd Mehbalıyev küç.,
Sakit Qocayev küç.,
Səttar Bəhlulzadə küç. (Bülbülə qəs.), 
Ə.Mehbalıyev küç. (Qaraçuxur qəs.), 
A.Rzayev küç.keçid 1849,
Hacı Zeynalabdin Tağıyev küç., (Əmircan qəs.)

Sabunçu rayonu üzrə:

Sülh küç., 
X.Xasməmmədov 78A (Bakıxanov qəs.), 
Muxtar Fətəliyev 158 (Bakıxanov qəs.), 
Yavər Əliyev 28B (Bakıxanov qəs.), 
Əhməd Mehbalıyev 23, 
Nazim İsmayılov 7 (Bakıxanov qəs.).

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2829
avatar

Oxşar yazılar