Daha bir şadlıq evi  "Qara siyahı"ya   düşdü
12 iyul 2021 17:06 (UTC +04:00)

Daha bir şadlıq evi "Qara siyahı"ya düşdü

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) iyulun 11-də Bakı şəhəri, Binəqədi rayonu, Q. Musabəyov 4 ünvanında fəaliyyət göstərən “Kainat” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu aşkar olunub.

Qurumdan Lent.az-a verilən məlumata görə, həmin məkanda müvafiq portaldan (“icaze.e-gov.az”) rəsmi qaydada qeydiyyatdan keçmədən kütləvi tədbirin təşkil olunduğu müəyyən olunub. Həmçinin, pandemiya dövrünün tələblərinə uyğun olaraq, ictimai iaşə müəssisəsində bir masa arxasında 6 nəfərin əyləşməsinə icazə verildiyi halda, keçirilən baxış zamanı bir masa arxasında 10 nəfərin əyləşdiyi müəyyən olunub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub. Eyni zamanda ciddi qanun pozuntusuna yol verdiyinə görə həmin ictimai iaşə müəssisəsi ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1959
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar