Rüşvət istəyən direktor
27 yanvar 2022 13:21 (UTC +04:00)

Rüşvət istəyən direktor

Daha bir məktəbdə RƏZALƏT: Direktor rüşvət verməyən müəllimi otaqdan qovdu - SƏS YAZISI-YENİLƏNİB

Müəllimdən rüşvət istəyən direktorla bağlı araşdırmalara başlanılıb.

Bu barədə Lent.az-a Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunur ki, hazırda sözügedən məsələ ilə bağlı araşdırmalar aparılır. Görülən tədbirlə bağlı qısa zamanda ictimaiyyətə məlumat veriləcək.

***

Saat: 11:01

Azərbaycanda məktəb direktorunun müəllimdən rüşvət istəməsinə dair səs yazısı yayılıb.

Lent.az xəbər verir ki, söhbət Ağstafa rayonu Aşağı Kəsəmən tam orta məktəbinin direktoru Mətanət Məmmədovadan gedir. Səs yazısına əsasən, direktor məktəbin müəllimi Vüsalə Məmmədovadan əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edir. V. Məmmədova isə imkanı olmadığını deyərək, pulu verə bilməyəcəyini bildirir.

Bundan sonra, direktor həmin müəllimi otaqdan qovur və bu barədə hardasa danışacağı təqdirdə onu cəzalandıracağı ilə hədələyir.

Şikayətçi müəllim Vüsalə Məmmədova Lent.az-a açıqlamasında yayılan səs yazısının ona məxsus olduğunu təsdiqləyib. O, bidlirib ki, direktor Mətanət Məmmədova özü də daxil olmaqla əksər müəllimlərdən əlavə dərs saatlarına görə 100 manat pul tələb edir.  

Şikayətçi məsələ ilə bağlı rayon Təhsil Şöbəsinə və Təhsil Nazirliyinə şikayət etdiklərini bildirib.

İddiaya münasibət bildirmək üçün məktəb direktoru Mətanət Məmmədova ilə əlaqə saxlamaq mümkün olmadı.

Daha bir məktəbdə müəllimdən rüşvət tələb olundu

# 42402
avatar

Mehman Nəbiyev

Oxşar yazılar