İyunun 23-dən “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi – Ramana qəsəbəsi (Sovxoz adlanan ərazi) üzrə hərəkət edən 204 nömrəli marşrut avtobuslarında gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilir ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Sabunçu rayonu, Sabunçu və Ramana qəsəbələri üzrə bir sıra ünvanlarda yerləşən “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.
Həmin məntəqələr bunlardır: Həsən bəy Zərdabi 39 (Ramana), Yefim Saratov küçəsi, Kişvəri Dilməqani 11, Əsildar Məmmədəliyev 76, Sabunçu qəs. Şəhər şosesi.