Daha bir marşrut xətti kartla ödənişə keçdi
18 fevral 2021 15:01 (UTC +04:00)

Daha bir marşrut xətti kartla ödənişə keçdi

Bakıda daha bir marşrut xəttində ödəniş "BakıKart"la həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, fevralın 19-dan etibarən 51 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqının “BakıKart” vasitəsilə ödənilməsi təmin ediləcək.

Qeyd edək ki, dövlət başçısının tapşırığına uyğun olaraq son beş ildə bu istiqamətdə mühüm addımlar atılıb. Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 48 faizi nağdsız ödəniş sisteminə inteqrasiya edilib. Hazırda gündəlik olaraq 590 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 33 faizi) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

# 1302
avatar

Oxşar yazılar