Daha bir marşrut xətti "BakuBus"a verildi
10 fevral 2021 16:15 (UTC +04:00)

Daha bir marşrut xətti "BakuBus"a verildi

Fevralın 11-dən 35 saylı müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları ekoloji baxımdan təmiz, "Avro 6" standartlarına cavab verməsi ilə fərqlənən 12 metrlik “BakuBus” MMC-yə məxsus avtobuslarla icra ediləcək.

Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, sərnişin tələbatı nəzərə alınaraq marşrutun başlanğıc dayanacaq məntəqəsi dəyişdirilərək Yavər Əliyev küçəsi müəyyən edilib:

"Dəyişiklik sayəsində 35 saylı marşrut xəttindən gündəlik istifadə edən 17 mindən artıq sərnişinin daha təhlükəsiz və rahat daşınması mümkün olacaq. Xətt üzrə avtobuslarda gediş haqqı nağdsız qaydada “BakıKart” vasitəsilə həyata keçiriləcək. Bununla da nağdsız qaydada fəaliyyət göstərən marşrutların sayı 47-ə çatacaq.

Məlumat üçün bildiririk ki, ötən dövrdə sərnişinlərdən 35 saylı xətt üzrə sərnişindaşımaların vəziyyətilə bağlı şikayətlər daxil olurdu. Bununla əlaqədar keçirilən monitorinqlər zamanı aşkar edilən çatışmazlıqların aradan qaldırılması üçün daşıyıcı “Kənan-2000” şirkətinə dəfələrlə yazılı və şifahi xəbərdarlıq olunsa da hər hansı bir tədbir görülməyib.


Bu səbəbdən əhaliyə göstərilən xidmətin keyfiyyətinin artırılması məqsədi ilə 35 saylı marşrut müsabiqəyə çıxarılıb və sərnişindaşımaları “BakuBus” MMC-yə həvalə olunub".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2541
avatar

Oxşar yazılar