COVID-ə yoluxanlarda iy və dadbilmə nə vaxt bərpa olunur? - CAVAB
23 dekabr 2021 14:36 (UTC +04:00)

COVID-ə yoluxanlarda iy və dadbilmə nə vaxt bərpa olunur? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında növbəti mövzu koronavirusa yoluxan zaman dadbilmə və iybilmənin nə qədər müddətə bərpa olunması ilə bağlıdır.

Mövzu ilə bağlı Lent.az-a danışan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Vəfa Pənahian Mustafa bildirir ki, Koronavirus pandemiyasının ən sərt dövründə yoluxmuş insanların əksəriyyətində dadbilmə və iybilmə hissinin azalması müşahidə olunurdu. Hazırda COVID-19-a yoluxmuş şəxslərdə bu şikayətlərə az-az rast gəlinir:

“Buna səbəb koronavirusa qarşı insan bədəninin müqavimətinin artmasıdır. Eyni zamanda, COVID-19-un virus yükü dəyişib. Dad və qoxu hissi bir-biri ilə sıx bağlıdır. Qoxunun itməsinin dad hissinə çox təsir etdiyini demək olar. Adətən dad hissinin itirilməsi şikayətinin 95%-i qoxu hissinin azalması ilə bağlıdır”.

Onun sözlərinə görə, indi yoluxma zamanı daha çox baş və əzələ ağrıları müşahidə olunur:

“Dadbilmə hissinin itməsi daha tez bərpa olunur, nəinki iybilmə. Dadbilmə hissinin pozuntusu tez başlayır və 2-3 günə bərpa olunur. Amma iybilmə pozuntusunun bərpası daha çox vaxt aparır. Bəzi xəstələr var ki, onlarda qoxu itməsi bir həftəyə bərpa olunur, bəzilərində isə bu prosses aylarla davam edir”.

Mütəxəssis həmçinin qeyd edib ki, unutmamalıyıq ki, koronavirus yeni bir xəstəlikdir:

“Dadbilmə və iybilmə funksiyasının pozuntularının ciddi şəkildə görüldüyü və bərpasının hətta 1 ildən çox çəkdiyi xəstələrimiz var. Bu səbəbdən yoluxmamaq daha gözəl müalicə üsulu hesab edilir. Zamanında peyvənd olunmaq və COVID-19-a qarşı immunitet qazanmaq ən doğru seçimdir”.

# 2922
avatar

Aytəkin Cəlali

Oxşar yazılar