Sabahın havası - Bu insanlar diqqətli olsunlar
03 iyun 2020 13:48 (UTC +04:00)

Sabahın havası - Bu insanlar diqqətli olsunlar

İyunun 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu   Abşeron yarımadasında  gecə 20-24, gündüz  25-27, Bakıda  gecə 20-22, gündüz  25-27 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz  40-45 faiz təşkil edəcək.  

4 iyunda Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında  şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər  bəzi yerlərdə duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 17-22, gündüz  31-36, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, iyunun 4-də Abşeron yarımadasında  arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da  bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5302
avatar

Aygün İbrahimli

Oxşar yazılar