Nə koronavirus, nə xərçəng... - Gələcəkdə öldürən xəstəliklərdən biri bu olacaq
12 mart 2020 19:14 (UTC +04:00)

Nə koronavirus, nə xərçəng... - Gələcəkdə öldürən xəstəliklərdən biri bu olacaq

Gələcəkdə ölümə səbəb olan 5 xəstəlikdən biri müəyyənləşib.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, doktor Bülent Tokgöz lazımi tədbirlər görülməsə, 2040-cı ildə ölümə səbəb olan 5 xəstəlikdən birinin xroniki böyrək çatışmazlığı olacağını söyləyib:

“Həkim göstərişi olmadan dərman istifadə etməyin, həddən artıq duz yeməyin. Orqanizminizi susuz qoymayın, siqaret çəkməyin. Həyacanlandığınız vaxt özünüzü ələ almağı bacarın. Dünyada xroniki böyrək xəstəliklərinin yükü get-gedə artır. Əgər qabaqlayıcı tədbirlər görülməsə, 2040-cı ildə ölümə aparan 5 xəstəlikdən biri də bu olacaq”.

Bundan əlavə, həkim Tokgöz xroniki böyrək xəstəliklərinin müalicəsinin olduqca baha olduğunu da dilə gətirib. Hazırda dünyada bu xəstəlikdən 700 milyon insan əziyyət çəkir. Hər il 2.5 milyon insan bu səbəbdən dünyasını dəyişir.

Qeyd edək ki, bu gün Dünya Böyrək Xəstəlikləri günüdür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4066
avatar

Mehman Nəbiyev

Oxşar yazılar