Metroda problem: qatar depoya göndərildi
27 yanvar 2020 11:34 (UTC +04:00)

Metroda problem: qatar depoya göndərildi

“Bu gün səhər saat 07:35-də bir qatar N.Nərimanov stansiyasından texniki baxış məqsədilə depoya göndərilib”. 


Bu barədə Lent.az-a “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. O qeyd edib ki, buna səbəb qatarda nasazlıq ehtimalı olub:


“Bu səbəbdən bir dövrə boyunca iki qatar arasında 3-4 dəqiqə interval fərqi müşahidə olunub”.

# 983
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar