Koronavirus: Diaqnozu hazırda belə qoyulur…
10 mart 2020 15:34 (UTC +04:00)

Koronavirus: Diaqnozu hazırda belə qoyulur…

Son zamanların əsas müzakirə olunan mövzusu dünyada geniş yayılan koronavirus təhlükəsidir. Bəzilərinin virusun əlamətlərindən xəbərsiz olması isə onlar arasında daha çox təşviş yaradır.

Tanınmış oftalmoloq, uzman həkim Mehriban Əlizadə xəstəliyin simptomları barədə e-tibb.az-a geniş açıqlama verib. Lent.az həmin açıqlamanı təqdim edir:

“Koronavirus kəskin infeksiyon xəstəlikdir. Törədicisi SARS-COV-2 virusudur. Bu xəstəlik 2019-cu ildə ilk dəfə Çində qeydə alınıb. Bəzi mülahizələrə görə xəstəlik heyvan mənşəlidir. Hava-damcı yolu ilə ötürülür. Virusla təmasda olduqdan sonra 2-14 gün ərzində xəstəliyin əlamətləri özünü göstərir.

Xəstəliyin əlamətləri: koronovirusa yoluxanlarda heç bir simptom olmaya bilər və ya soyuqdəymə əlamətləri özünü biruzə verə bilər. Bu əlamətlərdən ən çox görüləni: qızdırma, öskürək və nəfəs darlığıdır.

Eyni zamanda gözlərdə qızartı, sulanma, yaş axmaq da ola bilər. Xəstələrdə burun axıntısı, asqırma, boğaz ağrısı, ishal, qusma isə çox az görülür. İmmun sistemi zəif olan yaşlı insanlarda, şəkərli diabetli, hipertenziya xəstələrində isə ağırlaşma olaraq pnevmaniya, çoxlu orqan çatışmazlığı, bəzi hallarda isə ölüm halları ola bilər. Xəstələrdə ölüm riski 1-3 faiz arasında dəyişir.

Diaqnostikası: Koronovirus xəstəliyinin diaqnozu hazırda boğazdan (nazofarenks) alınan yaxmanın “rRT-PCR” (revers transkriptaz polimeraz reaksiyası ) ilə qoyulur. Cavab bir neçə saatla 2 gün arasında olur. Qandan da nümunə götürülərək diaqnoz qoyula bilər. Amma bunun üçün 2 dəfə qan alınmalıdır. “COVİD-19” təyin olunmasında anticisim kitleri də istifadə oluna bilər. Ancaq bu testlərin nəticəsi, xəstə koronavirusdan tam sağalsa da müsbət ola bilər. İlk belə testlər Çinin Uhan İnstitutunda 17 fevral 2020-də aparılıb. Uhan Tongji Xəstəxanasında aparılan çalışmalar zamanı xəstənin KT (kompyuter tomoqrafiya) müayinəsi 98 faiz, PCR ( polimeraz zəncir reaksiyasından) 70 faiz daha həssas olduğunu göstərib”.

Virusun müalicəsi barədə bir sıra məqamlara toxunan həkim, bu xəstəlikdən ölüm səbəblərinə də aydınlıq gətirib:

“Müalicəsi: bir sıra virus əleyhinə dərmanlar sınaqdan keçirilib. Dünya Səhiyyə Təşkilatı hazırda ən uyğun virus əleyhinə dərman olaraq “remdesiviri” tövsiyə edir. Xəstəliyin simptomları isə dəstəkləyici metodlarlarla müalicə olunur. Dünya Səhiyyə Təşkilatı xəstədə kəskin respirator sindrom olmadığı müddətdə steroid preparatlar ilə müalicəni uyğun görmür.

Proqnozu: “COVİD-19” virusuna yoluxmuş insanlarda ölüm səbəbləri yaşının çox olması, daha öncədən şəkərli diabet, hipertenziya, kardiovasküler xəstəliyinin olmasıdır. 10 yaşından kiçik uşaqlarda xəstəlikdən ölüm qeydə alınmayıb.(26 fevral 2020-nin məlumatlarına əsasən)

Virusa qarşı peyvənd hazırlanmaq üçün dünyanın bir sıra elmi- tədqiqat mərkəzlərində araşdırmalar gedir. 26 fevral 2020-ci il tarixində Amerikanın İnfeksiya və Allergiya Milli İnstitutunun məlumatlarına əsasən, ən azı 1-1,5 ilə COVİD 19 virusuna qarşı peyvəndi hazırlana bilər.

Profilaktikası: xəstəliyin geniş yayıldığı ərazilərdə evdə oturmaq, insanların sıx olduğu yerlərdə mümkün qədər az olmaq, əlləri isti su və sabunla tez- tez yumaq, əlləri yumadan burun, üzə, gözlərə toxundurmamaq lazımdır. Əgər əlləri tez-tez yumaq mümkün deyilsə, spirtli dezinfeksiyaedicilərdən (60 faizli) istifadə etmək lazımdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2461
avatar

Mehman Nəbiyev

Oxşar yazılar