FAKTİKİ HAVA: Temperatur 18 dərəcə aşağı enib
08 fevral 2020 13:03 (UTC +04:00)

FAKTİKİ HAVA: Temperatur 18 dərəcə aşağı enib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, fevralın 7-də axşam soyuq arktik hava cərəyanlarının Aralıq dənizi və Türkiyədən ölkə ərazisinə tədricən yayılması nəticəsində hava şəraiti dəyişib. 

Havanın temperaturu ötən günlə müqayisədə 18 dərəcə aşağı enib. Əgər dünən paytaxtda 22-25 dərəcə isti olubsa, (bütün meteoroloji müşahidələrə görə 2002-ci ildə son dəfə 23 dərəcə olub) fevralın 8-də səhər saatlarında 7 dərəcə isti qeydə alınıb.

Saat 12.00-a olan məlumata görə fevralın 08-i səhərədək Xaltan, Qırızda, Sarıbaşda 6 mm, Xınalıqda 5 mm,  Ağdərədə 4 mm, Gədəbəydə 2 mm, Daşkəsəndə 1 mm miqdarında qar yağıb. Qar örtüyünün hündürlüyü Ağdərədə 36 sm, Sarıbaşda (Qax) 21 sm,  Qrızda 13 sm, Xınalıqda 12 sm, Xaltanda 2 sm olub.

Qubada 9 mm, Ordubadda 7 mm, Qusar 6 mm, Göygöldə 5 mm, İsmayıllı, Kürdəmir, Lerikdə 4 mm, Naxçıvan, Şahbuz, Şamaxı, Beyləqan, Kişçay (Şəki), Şabranda 3 mm, , Ağdam, Balakən, Qəbələ, Zaqatala, Altıağac, Tərtər, Bərdə, Göyçay, Zərdab, İmişli, Ağsuda 2 mm, Bakı, Sumqayıt, Şərur, Ağstafa, Mərəzə, Şəki, Gəncə, Mingəçevir, Sabirabad, Neftçala, Cəfərxanda 1 mm yağış qeydə alınıb.

Qərb küləyi arabir Daşkəsəndə 28 m/s, Tovuzda 24 m/s, Salyan, Tərtərdə 23 m/s, Naftalan, Ağstafa, Bərdədə 20 m/s, Astara, Qrızda 18 m/s, Hacıqabulda 16 m/s, Abşeron yarımadasında və Abşeron dəniz rayonunda 16-20 m/s, arabir  23 m/s-dək güclənib. 

Gözlənildiyi kimi, fevralın 8-də proses davam edərək, ayın 9-u  və 10-da daha da əlverişsiz və kəskin olacaq, havanın temperaturu 0-a yaxınlaşacaq, gecə isə 1-4 dərəcə şaxta olacaq, yağış sulu qara, qara keçəcək, külək  daha güclü olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2483
avatar

Oxşar yazılar