Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırıldığından bəzi müntəzəm marşrutların hərəkət sxemində dəyişiklik edilib.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Moskva prospekti (“Şamaxinka” adlanan ərazidə) yeni tikilən yerüstü piyada keçidinin dayaqlarının yerləşdiyi yerdə aparılacaq təmir işləri ilə əlaqədar Moskva prospektinin 20 Yanvar küçəsi ilə kəsişməsindən A.Məhərrəmov küçəsinin kəsişməsinə qədər olan hissədə avtomobillərin hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Bu səbəbdən, həmin hissədə fəaliyyət göstərən marşrutların hərəkət sxemi aşağıda göstərilən qaydada təşkil edilib:
18 və 65 saylı marşrutlar
20 Yanvar m.st - 9-cu mikrorayon istiqamətində : Moskva prospekti – Mir Cəlal küçəsi, daha sonra öz xətti üzrə
135 saylı marşrut
BDM Uni. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – R.Cəfərov küç. – 3 mikrorayon dairəsi, daha sonra öz xətti üzrə
170 saylı marşrut
Binəqədi qəs. – “Memar Əcəmi” m.st istiqamətində: Moskva pr. – Mir Cəlal küç. – Asif Məhərrəmov küç. – 20 Yanvar küç., daha sonra öz xətti üzrə “Memar Əcəmi” m.st - Binəqədi qəs. istiqamətində: 20 Yanvar küç. - Asif Məhərrəmov küç. – M.Cəlal küç. – Bakı-Sumqayıt şos., daha sonra öz xətti üzrə
193 yaşlı marşrut
4-cü mikrorayon – Lökbatan NMM istiqamətində: 20 Yanvar küç. - Asif Məhərrəmov küç. - S.C.Pişəvari küç. – M.Həsənov küç, daha sonra öz xətti üzrə
Lökbatan NMM - 4-cü mikrorayon istiqamətində: R.Cəfərov küç. - Asif Məhərrəmov küç. 20 Yanvar küç., daha sonra öz xətti üzrə.