Baş konsul: Zəlzələdə zərər çəkən vətəndaşımız yoxdur
23 fevral 2020 14:30 (UTC +04:00)

Baş konsul: Zəlzələdə zərər çəkən vətəndaşımız yoxdur

Azərbaycanın Qars şəhərindəki Baş konsulluğu bu gün səhər saatlarında Türkiyə-İran sərhədində baş verən zəlzələ ilə bağlı aidiyyəti qaydada məlumatlar almaqdadır.

Lent.az-ın məlumatına görə, Qarsdakı Baş konsulumuz Nuru Quliyev AZƏRTAC-a bildirib ki, bu vaxtadək təbii fəlakət bölgəsində ölən və yaralananlar arasında Azərbaycan Respublikasının vətəndaşı olması barədə heç bir məlumat daxil olmayıb. Baş konsulluq hadisənin bütün məqamları ilə bağlı yerli hakimiyyət orqanları ilə sıx təmasdadır.
Qeyd edək ki, bu yeraltı təkan nəticəsində Türkiyənin Van şəhərinin Başqala rayonunda dağıntılar altında qalan 3-ü uşaq olmaqla 8 nəfər ölüb, 21 nəfər yaralanıb. Dağıntılar arasında xilasetmə işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1264
avatar

Oxşar yazılar