Abituriyentlərin nəzərinə: imtahanların vaxtı dəyişdi
04 iyun 2020 14:27 (UTC +04:00)

Abituriyentlərin nəzərinə: imtahanların vaxtı dəyişdi


Nazirlər Kabinetinin 04 iyun 2020-ci il tarixli 191 nömrəli qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.

Dövlət İmtahan Mərkəzindən Lent.az-a verilən xəbərə görə, Nazirlər Kabinetinin qeyd olunan qərarına uyğun olaraq DİM tərəfindən 6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixlərində keçiriləcək. Yəni, iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər iyunun 10‑da, iyunun 7-də imtahanda iştirak etməli olan şəxslər isə iyunun 11-də imtahan verəcəklər.

İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, imtahanın başlanma saatı və imtahan iştirakçısının buraxılış vərəqəsində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır.

“İmtahana buraxılış vərəqəsi” çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 14767
avatar

Oxşar yazılar