"Bir sual, bir cavab" - Kimlər maska taxmadığı üçün 400 manat cərimələnəcək?
01 iyun 2020 19:07 (UTC +04:00)

"Bir sual, bir cavab" - Kimlər maska taxmadığı üçün 400 manat cərimələnəcək?

Lent.az “Bir sual, bir cavab” rubrikasının bu günə olan mövzusu maska taxmayan şəxslərə tətbiq olunan cərimələrdir.

Mayın 31-də karantin rejiminin yumşaldılmasından sonra əksər yerlərdə maska taxmağın məcburi olacağı bildirilir. Həmin yerlərə əvvəlcədən olduğu kimi, başda metro olmaqla, avtobuslar, dayanacaqlar da daxildir. Bundan əlavə, qapalı məkanlarda çalışanların da maskadan istifadə etməsi məcburidir.

Rubrikamızın “Bəs həmin məkanlarda maskadan istifadə etməyən şəxslər nə qədər cərimələnəcək” sualına hüquqşünas Şamil Paşayev aydınlıq gətirib. Onun sözlərinə görə, prezidentin həmin qərarı imzalamasından sonra cərimələr tətbiq olunacaq:

“Maskadan istifadə etməməyə görə fiziki şəxslərə 50, vəzifəli şəxslərə 100, öz tabeliyi daxilində bu prosesə nəzarət etməyən hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulacaq. Bu pozuntu təkrar törədildikdə, müvafiq olaraq fiziki şəxslər 100, vəzifəli şəxslər 200, hüquqi şəxslər isə 400 manat cərimələnəcək. Bu cərimələr tənəffüs yollarını qoruyan tibbi vasitələrdən istifadə etməməyə görədir.

Qanun Milli Məclisdə təsdiq olunub. Qüvvəyə minməsi üçün dövlət başçısına göndərilib. Qanunlar qəbul edildiyi gündən 14 gün müddətində Azərbaycan Prezidentinə imzalanmaq üçün təqdim edilir. Təcili elan olunan qanun layihəsi Azərbaycan Prezidentinə imzalanmaq üçün qəbul edildiyi gündən 24 saat ərzində təqdim edilir. Prezidentin də həmin qərarı 56 gün ərzində imzalamaq ixtiyarı var”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6817
avatar

Mehman Nəbiyev

Oxşar yazılar