"Cəfər Cabbarlı" stansiyasında yağıntı sularının qarşısı belə alınacaq
12 avqust 2021 08:12 (UTC +04:00)

"Cəfər Cabbarlı" stansiyasında yağıntı sularının qarşısı belə alınacaq

Bakı Metropoliteninin "Cəfər Cabbarlı" stansiyasında yenidənqurma tədbirlərinin ikinci mərhələsi çərçivəsində yerüstü sahədə bir sıra tədbirlər planlaşdırılıb.

Bunu "APA-Economics"ə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, bu xüsusda yağıntı sularının stansiya konstruksiyalarına təsirinin qarşısını almaq məqsədilə izolyasiya təbəqəsi yaradılır.

"Eyni zamanda yağıntının kənarlaşdırılması üçün drenaj sistemi qurulur. Bu işlər sırasında zədələnərək sıradan çıxmış döşəmə daşları yenilənəcək", - deyə B.Məmmədov qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1863
avatar

Oxşar yazılar