Bulvarda bu çəkilişlər icazəsiz aparıla bilməz  - RƏSMİ
29 mart 2023 18:42 (UTC +04:00)

Bulvarda bu çəkilişlər icazəsiz aparıla bilməz - RƏSMİ

Dənizkənarı Milli Park açıq məkandır və respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisidir.

Lent.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsinin bəyanatında deyilir.

Bildirilib ki, Dənizkənarı Milli Parkın xüsusi mühafizə olunan təbiət obyekti kimi hüquqi statusunu nəzərə alaraq, İdarənin Nizamnamə üzrə vəzifələrindən irəli gələn hüquqlarından biri də Milli Park ərazisində yerləşən təbiət və tarix-mədəniyyət komplekslərinin, xüsusi əhəmiyyətli obyektlərin tədqiqinə və təbliğinə (reklam yerləşdirilməsi, audiovizual çəkilişlərin aparılması və s.) razılıq vermək hüququdur. Müvafiq qanuna görə, xüsusi mühafizə olunan təbiət ərazilərinə verilən anlayışdan aydın olur ki, Dənizkənarı Milli Park bütövlükdə xüsusi təbiət və tarix-mədəniyyət əhəmiyyətinə malik olan ərazidir. Bundan əlavə, nizamnamənin müvafiq yarımbəndi ilə ali icra hakimiyyəti orqanı tərəfindən İdarəyə verilmiş bu hüquq, İdarənin ümumi rəhbərliyi və nəzarəti həyata keçirdiyi Milli Park ərazisində aparılan çəkilişlərlə bağlı məlumatlı olmaq hüququnu ehtiva edir.

Qeyd olunub ki, idarənin nizamnaməsinin 3.1.3-cü yarımbəndinin məzmununa görə, Milli Park ərazisindən istifadə qaydalarına riayət edilməsi ilə əlaqədar zəruri tədbirlər görmək İdarənin səlahiyyətlərinə daxildir.

“Dənizkənarı Milli Park ərazisində bu günə qədər media subyektləri, incəsənət nümayəndələrinin müraciətləri əsasında onlar tərəfindən aparılmış peşəkar çəkilişlərə İdarə tərəfindən rəsmi olaraq qadağa qoyulmayıb, yaxud xüsusi icazə sənədinin alınması tələb olunmayıb. Milli Parka gələn qonaqlar, sadə vətəndaşlar və turistlər tərəfindən aparılan şəxsi audiovizual çəkilişlərə isə, ümumiyyətlə, hər hansı bir müdaxilə olmayıb. Dənizkənarı Bulvar İdarəsinin rəsmi mövqeyi Milli Park ərazisində bütün media subyektlərinin informasiya əldə etmək və məlumat almaq azadlığının təmin edilməsi üçün öz səlahiyyətləri daxilində bütün zəruri imkanları yaratmaq və əməkdaşlıq etməkdən ibarətdir. Bu mövqe Milli Parkın xüsusi mühafizə olunan təbiət ərazisi olduğunu, habelə idarənin əraziyə ümumi rəhbərlik və nəzarət üzrə səlahiyyətlərini nəzərə alaraq, ərazidə aparılan çəkilişlərlə bağlı İdarənin bir dövlət qurumu kimi məlumatlı olmaq, habelə Azərbaycan qanunvericiliyi ilə qadağan olunan açıq çağırışların öz səlahiyyətləri daxilində qarşısının alınması hüququna hörmətlə yanaşılması prinsipini də əhatə edir.

Bir daha qeyd edirik ki, Milli Parka gələn yerli sakinlərin və turistlərin şəxsi məqsədli audiovizual çəkilişləri ilə bağlı idarə ilə hər hansı bir razılaşdırma nəzərdə tutulmur.

Dənizkənarı Milli Park ərazisində kommersiya məqsədli, sosial yönümlü peşəkar audiovizual çəkilişlərin aparılması, habelə reklam çarxlarının çəkilməsi, bəyanat və açıq çağırışların yayımlanması idarə ilə razılaşdırılmış qaydada həyata keçirilir.

Dənizkənarı Bulvar İdarəsi Azərbaycan qanunvericiliyini və ümumqəbul olunmuş hüquq prinsiplərini rəhbər tutaraq, öz fəaliyyətini yalnız ona verilmiş hüquq və səlahiyyətlər daxilində təşkil etdiyini və öz ictimai məsuliyyətini dərk etdiyini bəyan edərək, bundan sonra da Milli Park ərazisinin öz hüquqi statusuna uyğun şəkildə inkişaf etdirilməsi, qorunması və abadlığının təmin olunması istiqamətində səylərini əsirgəməyəcəyinə ölkə ictimaiyyətini əmin edir”.

 

# 2877
avatar

Oxşar yazılar

Azərbaycanda YENİLİK:  Dərmanları bu üsulla  ala biləcəyik

Azərbaycanda YENİLİK: Dərmanları bu üsulla ala biləcəyik

30 may 2023 , 13:06
Sabah  leysan yağacaq  - HAVA PROQNOZU

Sabah leysan yağacaq - HAVA PROQNOZU

30 may 2023 , 13:00
Özbaşına fərdi  ev tikənlər   bu qədər CƏRİMƏLƏNƏCƏK

Özbaşına fərdi ev tikənlər bu qədər CƏRİMƏLƏNƏCƏK

30 may 2023 , 12:19
İyun ayının  ƏN UĞURLU və TƏHLÜKƏLİ    günləri

İyun ayının ƏN UĞURLU və TƏHLÜKƏLİ günləri

30 may 2023 , 09:09
Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

29 may 2023 , 14:50
Sabah 36 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

29 may 2023 , 12:14
2023-cü ildə iki bürc üçün  zənginlik və uğur   PROQNOZU

2023-cü ildə iki bürc üçün zənginlik və uğur PROQNOZU

29 may 2023 , 09:09
APA TV 10 YAŞINDA

APA TV 10 YAŞINDA

29 may 2023 , 09:00