Bu yollarda sürət həddi endirilə bilər - TƏKLİF
19 may 2021 12:40 (UTC +04:00)

Bu yollarda sürət həddi endirilə bilər - TƏKLİF

Bakı Nəqliyyat Agentliyi hərəkətin təhlükəsizliyi üçün təkliflər hazırlayıb. 

Agentlikdən Lent.az-a verilən məlumata görə, Azərbaycan dövlətinin yol-piyada təhlükəsizliyi ilə bağlı prioritetlərini, eləcə də BMT-nin qlobal yol təhlükəsizliyi çağırışlarını əsas götürərək paytaxtın bəzi küçə və prospektlərində icazə verilən sürət həddinin endirilməsi ilə bağlı təklif hazırlanıb. 

Təklifə əsasən Xocəsən, Bibiheybət, Zığ, Zağulba, Xarici Dairəvi-1 avtomobil yollarında, Bakı-Şamaxı şosesi, habelə Heydər Əliyev, Ziya Bünyadov, Mikayıl Useynov, 8 Noyabr və Babək prospektlərində icazə verilən sürət həddinin endirilməsi nəzərdə tutulub. Təklif razılaşdırılması üçün aidiyyəti dövlət qurumuna göndərilib. 

Məlumat üçün bildiririk ki, qeyd edilən yollar nəqliyyat və piyadaların iştirakı ilə baş verən qəza hadisələrinin ən çox qeydə alındığı yerlərdir. İcazə verilən sürət həddinin endirilməsi ilə yol-nəqliyyat hadisələrinin sayı, həmçinin hərəkət iştirakçılarının ölüm və yaralanma riski azalacaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2106
avatar

Mehman Nəbiyev

Oxşar yazılar