77 nömrəli müntəzəm marşrut xətti (Yeni Yasamal, Ə.Əhmədov küçəsi-M.F.Axundov bağı) üzrə sərnişindaşımalarının keyfiyyəti yaxşılaşdırılacaq.
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, qurumun tələbinə uyğun olaraq iyunun 1-dən 77 nömrəli marşrut üzrə sərnişindaşımalar “Faiqoğlu” MMC-yə məxsus, müasir standartlara uyğun sərnişindaşıma tələblərinə cavab verən böyüktutumlu (12 metrlik) avtobuslar fəaliyyət göstərəcək. Həmçinin avtobuslarda ödəniş nağdsız qaydada BakıKart vasitəsi ilə həyata keçiriləcək.
Məlumat üçün qeyd edək aparılan təhlillər əsasında 77 nömrəli müntəzəm marşrutun istismarında nöqsanlar aşkarlanıb. Həmçinin ötən müddətdə sərnişinlərdən marşrutun fəaliyyəti ilə bağlı şikayət xarakterli çoxsaylı müraciətləri daxil olub.