Bu uşaqlarda valideynin yoxluğu intihara səbəb ola bilər – PSİXOLOQ DANIŞDI
12 aprel 2023 18:29 (UTC +04:00)

Bu uşaqlarda valideynin yoxluğu intihara səbəb ola bilər – PSİXOLOQ DANIŞDI

Ölüm uşaqlar üçün yad bir anlayışdır. Bir çox ailə bu mövzunu uşaqlarına necə izah etməkdə qərarsız qalır. 

Maraqlıdır, görəsən, uşaqlar valideyninin ölümündən necə təsirlənir?

Məsələ ilə bağlı psixoloq Aytən Ələkbərova Lent.az-a açıqlamasında bildirib ki, valideynləri və yaxınlarının ölümünün uşaqlara təsirlərini 3 dövrə bölünür.

Onun sözlərinə görə, bu dövrlər birinci, ikinci və üçüncü şəxsiyyət dövrü adlanır:

“Birinci şəxsiyyət dövründə olan uşaqların şüurun inkişaf etmədiyi bir dövr olduğuna görə ölümü dərk edə bilmirlər. Bu səbəbdən də onlardan ölümü gizlədirlər. İkinci şəxsiyyət dövründə olan uşaqlar ana və atalarının ölümü səbəbindən psixoloji problemlər yaşaya bilərlər. Ölümü reallıq kimi qəbul etmirlər. Ağlamaq əvəzinə daha çox sual verməyə başlayırlar. Hətta bəzən olur ki, uşaqlar heç nə olmamış kimi əylənməyə başlayırlar. Amma bir müddət sonra mütləq həmin tip uşaqlar ilkin psixoloji yardım almalıdırlar. Üçüncü şəxsiyyət dövrünə daha çox yeniyetmələr aiddir. Bu dövrdə ananın və ya atanın birdən ölümü, valideynin yoxluğu intihara səbəb ola bilər. İlk 40 gündə affekt vəziyyətindədirsə, mütləq psixoloji dəstək almalıdırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3003
avatar

Arzu Qurbanlı

Oxşar yazılar