Bakı Dövlət Universitetinin müəllimi dünyasını dəyişib.
Bu barədə Lent.az-a universitetin mətbuat katibi Günel İsgəndərova deyib.
Bildirilib ki, Fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin Texnologiyaların transferi və innovasiyalar şöbəsinin baş mütəxəssisi Mirzəyev Əmirxan Nizam oğlu bu gün vəfat edib.
Qeyd edək ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirmiş.